Bakıda ölümlə nəticələn yol qəzası baş verib
18 Avqust 2015 15:42 KriminalBakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində baş verib. Belə ki, avqustun 18-də saat 03 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində Bakı şəhər sakini Anar Əhmədovun idarə etdiyi "Ford" markalı avtomobillə "Honda" markalı motosiklet toqquşub, nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb. Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31