Bakıda zavodda faciə: ölən var
18 Avqust 2015 14:22 KriminalZabrat qəsəbəsində yerləşən zavodda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 17-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavodunda fəhlə işləyən Mingəçevir şəhər sakini Vasif Zülfüqarovun üstünə su çəni aşıb. O, xəstəxanaya yerləşdirilib. APA xəbər verir ki, V.Zülfüqarov artıq keçinib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31