Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus qaraj yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 18 kv.m olan qarajın içərisində 1 kv.m sahədə taxta tullantıları, qarşısında 30 k.m çəpər və 1 ədəd şam ağacı yanıb. Qarajın qalan hissəsi və içərisində olan avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31