Qusarda 6 otaqlı ev yanıb

Qusar rayonu, Hil kəndində vətəndaşa məxsus 6 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31