Şabranda 7 yaşlı oğlanı maşın vurub

Bu gün Şabran rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Şabran rayon sakini, 2008-ci il təvəllüdlü Ələkbərov Rəvan Ələkbər oğlunu maşın vurub. Hadisədən sonra azyaşlı Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31