Ukraynada azərbaycanlı biznesmen qətlə yetirildi
Mərhumun evi də qarət edlib
17 Avqust 2015 16:24 KriminalUkraynanın Xerson şəhərində Azərbaycan icmasının liderlərindən olan iş adamı İlham Tağıyev qətlə yetirilib. Lent.az-ın newsmeta.ua istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında baş verib. İlham Tağıyevin cəsədi ona məxsus "Mersedes" markalı maşından tapılıb. Məlumata görə, cinayətkarlar onu sərt alətlə öldürüblər. Eyni zamanda ayağı və qabırğaları sındırılıb. Mərhumun cibindən ona məxsus mənzilin açarını götürən naməlum şəxslər evi qarət ediblər. Mənzildən nə qədər zinət əşyası və pul götürüldüyü bilinmir. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31