Naməlum avtomobilin vurduğu piyada ölüb

Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, rayonun Qızıltorpaq kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Famil Hüseynov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdiriiborada ölüb. Gədəbəy RPŞ tərəfindən sürücünün müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31