Qızıllarını oğurladı, evinə od vurub yandırdı

Avqustun 16-na keçən gecə İmişli şəhərində yaşayan Sənan İmranovun həyətindəki 1000 kip ot bağlaması yandırılıb, evdən isə pəncərədən girmək yolu ilə qızıl əşyalar oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Sakit Əhmədov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31