Avroqəzada 2 nəfər ölüb, 4-ü isə yaralanıb

Cəlilabad rayonunun Gülməmmədli kəndində rayon sakini Ramiz Şükürovun və Vüqar Həziyevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə hər 2 sürücü və V.Həziyevin 4 sərnişini, habelə R.Şükürovun 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Rasim İbişov və Rəvan Həziyev orada dünyasını dəyişib. Faktla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31