Beyləqanda silahlı insident: yaralanan var

Beyləqan rayonunda silahlı insident olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qohumu Xəqani Bəyişova xəsarət yetirib. Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Bəyişov tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi "TOZ" markalı tüfəng götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31