Tiflisdə azərbaycanlı qadından narkotik götürülüb
17 Avqust 2015 13:00 KriminalTiflisdə azərbaycanlı qadında narkotik maddə tutulub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən mərkəzi kriminal polis departamentinin əməkdaşları tərəfindən aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Gürcüstan paytaxtında yaşayan, 1964-cü ildə anadan olan O.Elmira adlı azərbaycanlı qadında 7,7707 qram heroin aşkar edilib. Gürcüstan DİN-in mətbuat xidmətindən verilən məlumata görə, heroin onun yaşadığı evdə tapılıb və məhv edilib. Faktla bağlı cinayət işi qaldırılıb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31