“Azəriqaz”ın sürücüsü özünü 10-cu mərtəbədən atıb
17 Avqust 2015 12:51 KriminalBakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Nizami rayonu, Elşən Süleymanov küçəsi 126 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1964-cü il təvəllüdlü İqbal Kərtim oğlu Zeynalov 10-cu mərtəbədən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, intihar edən şəxs "Azəriqaz"da sürücü işləyirmiş. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31