Şəmkirdə dörd ay öncə törədilmiş tükürpədici cinayətin üstü açılıb
17 Avqust 2015 12:21 KriminalŞəmkir rayonunda bu ilin aprel ayında törədilmiş tükürpədici cinayətin üstü açılıb. Trend-in əldə etdiyi məlumta görə, Şəmkir rayon İrmaşlı kənd sakini, 1983-cü il təvəllüdlü Mirzəyev Fariz Arif oğlu 2015-ci il aprel ayında qeyri-rəsmi nikahda olduğu Bahar Hüseynovanın digər kişidən hamilə olub dünyaya gətirdiyi, 2012-ci il təvəllüdlü Nihad adlı oğlunu öldürüb. F.Mirzəyev daha sonra uşağın cəsədini qəbristanlıqda basdırıb. Şəmkir rayon prokurorluğunda hadisə ilə bağlı aparılan araşdırmalardan sonra F.Mirzəyev avqustun 16-da şübhəli şəxs qismində saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31