İrandan Azərbaycan tiryək keçirmək istəyən şəxs saxlanılıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı Elsivən Əliyevin üzərində şəxsi yoxlama zamanı ondan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 13,71 qram olan narkotik vasitə - tiryək aşkar edilib. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31