Moskvada aeroportda üzərində 1,7 milyon dollar olan Azərbaycan vətəndaşı saxlanılıb
14 Avqust 2015 18:01 KriminalMoskvada "Şeremetyevo" aeroportunda 1,7 milyon dollar nəğd vəsait keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb. APA-nın "Moskva xəbərləri" agentliyinə istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan həmyerlimiz müvafiq gömrük bəyannaməsində 1 milyon dolları qeyd edib. Baxış keçirilərkən isə çantada əlavə 700 min dollar aşkarlanıb. Müvafiq orqanlar həmyerlimizin fəaliyyətində cinayət əlamətlərinin olub-olmamasını araşdırır.
Qeyd edək ki, saxlanılan şəxs Dubay-Moskva aviareysinin sərnişini olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31