Piyadanı vurub qaçan yaxalandı

Avqustun 13-də gecə saat 2 radələrində Balakən şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Nizaməddin Mehdiyev vurulub. Xəsarət almış N.Mehdiyev xəstəxanaya yerləşdirilib. DİN-dən verilən məlumata görə, Baləkən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-2106" markalı avtomobilin sürücüsü, rayon sakini Ramil Əfəndiyev tərəfindən törədilməsi müəyyən edilib. RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31