Xəzər rayonunda oğurluqla məşğul olan qadın saxlanıb. DİN-dən verilən məlumata görə, Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan Ziya İsmayılovun evindən 150 manat və ətir oğurlanıb. RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Saatlı rayon sakini Arzu Orucova saxlanııb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31