Rusiyada baş vermiş yol qəzası nəticəsində 5 Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada 5 nəfər Azərbaycan vətəndaşının olduğu mikroavtobus qəzaya uğrayıb. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Sızran-Saratov-Volqoqrad  magistralının 197 kilometrliyində, Saratov vilayətinin Volsk rayonunda baş verib. Mikroavtobusun sürücüsü idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan Azərbaycan vətəndaşları xəstəxanaya yerləşdirilib. Onların arasında üç qadın və bir körpə uşaq var. Yaralananların vəziyyətlərinin ağır olmadığı bildirilir. İlkin məlumatlara görə, mikroavtobus Orsk-Bakı marşrutu üzrə hərəkət edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31