70 manat pul oğurlayan yaxalandı

Sumqayıt şəhərində oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də Elvin Hacalıyevin 70 manatını, mobil telefonunu və sənədlərini oğurlamış Abşeron rayon sakini Kamil Novruzov tutulub. Onun ətrafında aparılan ilkin araşdırmalar zamanı əvvəllər məhkum olduğu müəyyən edilib. Həmçinin iyunun 6-da Qabil Umudlunun telefonunu oğurlamış Sumqayıt şəhər sakini Mustafa Əzizov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31