“Saxla” əmrinə tabe olmayan sürücünün maşınında nə aşkar edildi?

Paytaxtda polisin əmrinə tabe olmayan sürücü saxlanıb. DİN-dən verilən məlumata görə, avqustun 14-də saat 01:00 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Dobla" markalı avtopatrulda xidmət aparan PPXB-nin əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Pegout" markalı avtomobilin sürücüsünə "Saxla" işarəsi verib. Lakin hərəkəti davam etdirən sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib. Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar. Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31