Salyan rayonu, Peyk kəndində "Azərişıq" ASC-yə məxsus gücü 100 kVt olan transformatorda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə transformatorun ayırıcı açarı yanıb. Yanğından mühafizə xidmətinin həyata keçirdikləri tədbirlər nəticəsində transformator yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31