FHN daha 3 nəfəri xilas edib

Bakıda daha 3 nəfər dənizdə boğulmaqdan xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sabunçu rayonunda dənizdə ("Bilgəh" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub. Bundan başqa, Qaradağ rayonunda da dənizdə ("Qaradağ-1" sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş daha 1 nəfər xilasedicilər tərəfindən sudan çıxarılaraq xilas olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31