Sexdən oğurluq edən şəxs avtoqəzada dünyasını dəyişib

DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-də Azər Paşayevə məxsus avtomobil təmiri sexindən noutbuk və ehtiyyat hissələrinin şəhər sakinləri Vüsal Həsənli və Vəfadar Ələkbərov tərəfindən oğurlanması müəyyən edilib. Həyata keçirilmiş əməmliyyat-axtarış tədbirləri nəticəsində V.Həsənli tutulub, V.Ələkbərovun isə avqustun 3-də yol-nəqliyyat hadisəsi zamanı ölməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31