“Milli Ön”-dən oğurluq edən şəxs saxlanıb
13 Avqust 2015 15:46 KriminalXətai rayonunda ödəmə terminalından oğurluq etmiş şəxs müəyyən edilib. DİN-dən verilən məlumata görə, Nahid Bağıyevin iyulun 15-də Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 9-da Xətai rayonu ərazisində quraşdırılmış "Milli Ön" ödəmə terminalından 541 manat oğurlaması da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31