Evlərə qənim kəsilən şəxs ələ keçdi

Avqustun 6-da Bakı şəhərində baş vermiş oğurluq hadisəsinin üstü açılıb. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da Səttar Qurbanov və Ağadayı Səfərovun evlərindən məişət əşyaları oğurlamış şəxs saxlanıb. Onun Bakı şəhər sakini Fərid Bayramov olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31