Evi qarət etdi, “Mersedes”i divara çırpdı

Paytaxtda silsilə oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Mahir Soltanovun evindən 50 manat və 2 ədəd mobil telefon oğurlamış, habelə "Mercedes" markalı avtomobilini sürüb maneəyə vurmuş qohumu Seymur Ələkbərov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31