Masallıda 3 otaqlı ev yandı

Körpə uşaq yanıq xəsarətindən ölüb

Masallı rayonu, Yolağac kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 330 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 150 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı ev sahibinin oglu 2015-ci il təvəllüdlü Əlişir Yalçın oğlu Abbasquliyev aldığı yanıq xəsarətlərindən xəstəxanada vəfat edib. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31