Kartofun içərisində narkotik keçirmək istədi
13 Avqust 2015 13:36 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Bakı şəhəri, A.Ağayev küçəsi, ev 50 ünvanında yaşayan vətəndaş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, baxış zamanə bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31