Əl yükündə heroin aşkar edildi

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan vətəndaşı Elşən Nəbiyev gömrük nəzarətindən keçərkən onun əl yükünə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamani onun əl yükündən 2 ədəd plastik qabda, ümumi təmiz çəkisi 406,891 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Daha sonra şəxsi yoxlama zamanı adıçəkilən vətəndaşın üzərində təmiz çəkisi 0,144 qram, daxili orqanından (düz bağırsağından) isə 1 ədəd bükümdə təmiz çəkisi 3,248 qram olan psixotrop maddələr - metamfetamin aşkar olunub. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31