Mənzilə dağılmış civə zərəsizləşdirilib
13 Avqust 2015 12:53 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonu, mənzildə termometr sınıb, nəticədə daxilindəki civə ətrafa dağılıb. Həmçinin Nəsimi rayonu, mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılıb və çirklənmiş ərazi demerkurizasiya edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31