Gəncə şəhəri, Nizami rayonunda parkın ərazisində yanğın baş verib. Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, parkın ərazisində 1 ha quru ot, bir illik 40 ədəd şam ağacı yanıb və on illik 70 ədəd şam ağacı qismən qarsalanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31