Bakıda polis əməkdaşı qəza törədib

Bakıda polis əməkdaşı qəza törədib. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Həsən Bəy Zərdabi küçəsi 77 ünvanında qeydə alınıb. 29-cu Polis Bölməsinin sahə inspektopru, polis baş-leytenantı Əşrəf İbrahim oğlu Əlizadənin idarə etdiyi "Toyota Prado" markalı, 10 HR 004 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakinləri - Vaqif Əliyevin idarə etdiyi "Mercedes" və Eldəniz Musayevin idarə etdiyi "Mercedes" markalı maşınlarla toqquşub. Nəticədə polis əməkdaşı xəsarətlə xəstəxanaya müraciət edib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31