Bakıda DƏHŞƏT: övladına kömək edə bilməyən ana özünü öldürdü
29 yaşlı qadın intihar etməzdən əvvəl məktub yazıb
12 Avqust 2015 17:18 KriminalBakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Səbail rayonunun B.Sərdərov küçəsi, ev 5 ünvanında 1986-cı il təvəllüdlü Babayeva Gülnar Alim qızı özünü asaraq intihar edib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, G.Babayeva intihar etməzdən əvvəl ailəsinə məktub yazıb. O, məktubunda qeyd edib ki, ailəsinin maddi çətinlikləri və körpə övladının xəstəliyinə görə həyatına qəsd edir. Gənc ana ağır xəstəliyə düçar olan övladına kömək edə bilmədiyi üçün özünü günahkar hiss etdiyini qeyd edib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31