Bıçaqla hədələyərək 20 manatını aldı

Paytaxtın Nizami rayonu ərazisində şəxsiyyəti məlum olmayan şəxs Bərdə rayon sakini Şəhriyar Hüseynovu bıçaqla hədələyərək 20 manatını alıb. DİN-dən verilən məlumata görə, 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakinləri Tural Mustafayev, Cahandar Pərvaniyev, Bərdə rayon sakini Ayxan Hüseynov və Biləsuvar rayon sakini Emil Məmmədov tutulublar. Hazırda onların başqa hadisələrdə iştirakının olub-olmaması məsələsi araşdırılır. .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31