Qadın həmkəndlisini bıçaqla qətlə yetirib

Zaqatala rayonunda bıçaqlama hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, rayonun Üçüncü Tala kəndində yaşayan Günel İsgəndərova evinin həyətində münaqişə zəminində həmkəndlisi Qazıməhəmməd İbrahimova bıçaqla xəsarət yetirib. Nəticədə Q.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb. Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.İsgəndərova tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31