Avtomobil qaçıran şəxs saxlandı

Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Taciəddin Abbasova məxsus "Toyota" markalı avtomobili qaçırmış Bakı şəhər sakini Fəqan Piriyev tutulub. Bu barədə DİN-dən verilən məlumata görə, avtomobil avqustun 11-də Yeni Günəşli qəsəbəsinin ərazisində üzərində Bakı şəhər sakini Eldar Məmmədova məxsus "RAF" markalı avtomobilə aid dövlət qeydiyyat nişanları taxılmış vəziyyətdə tapılmış, salonunda isə avtomobilin özünə aid dövlət qeydiyyat nişanları aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31