DİN deputat Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb
12 Avqust 2015 14:51 KriminalDaxili İşlər Nazirliyi deputat Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi "QAZ-3302" (yük) və Ulduz Sadıqovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzada dünyasını dəyişən H. Həsənov deputat F. Ağamalının köməkçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31