Kürdəmirdə irimiqyaslı yanğın hadisəsi baş verib

Gecə saatlarında Kürdəmir rayonu, Garış-Əyrıbənd kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 660 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 360 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, alovun şiddətlənməsi nəticədə yaxınlıqda yerləşən ümumi sahəsi 240 kv.m olan tikilinin altına yığılmış 90 ton ot bağlamasının 55 tonu yanıb. Yanğın zamanı tikilinin içərində 1 baş iribuynuzlu heyvan tələf olub. Tövlənin, ot bağlamasının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın gecə saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31