Azərbaycanın Oğuz rayonunda 9 ildir axtarışda olan şəxs həbs edilib

Azərbaycanın Oğuz rayonunda 9 ildir axtarışda olan şəxs həbs edilib. Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 2006-cı ildə axtarış elan olunan, Bakı şəhərində qeydiyyatda olan 1976-cı il təvəllüdlü Hüseyn Famil oğlu Quliyev  tutularaq istintaqa təhvil verilib. Məlumatda bildirilir ki, Hüseyn Quliyev CM-nin 178.2.4 (dələduzluq) maddəsi ilə təqsirləndirilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31