Bu səhər də dəhşətli yol qəzası ilə açıldı: minik və yük avtomobilləri toqquşdu, ölənlər var

Gecə Sabunçu rayonu Maştağa qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.Anspress xəbər verir ki, qəza zamanı "VAZ 21015" markalı avtomaşınla yük maşını toqquşub. Məlumata görə, "VAZ 21015"in sürücüsü idarə etdiyi avtomaşını böyük sürətlə yük maşınının arxa hissəsinə çırpıb. Minik maşınının sürücüsü və maşında olan bir nəfər 25-30 yaşlarında sərnişin hadisə şahidləri tərəfindən xəstəxanaya aparılsa da, onlar yolda dünyalarını dəyişiblər.Qeyd edək ki, qəza zamanı dünyalarını dəyişən gənclərin kimliyi hələlik məlum olmadığından onların ad və soyadlarını təqdim edə bilmirik. Hadisə barədə məlumat verilən kimi dərhal Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma başlanılıb. Qəzanın dəqiq əbəbləri və dünyalarını dəyişən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31