Şabran rayonunda qoyun oğurluğu ilə məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Şabran RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mirzəkərim Kərimova məxsus 4 baş qoyunu oğurlamış şəhər sakini Tehran Abdulrəhmanov tutulub. Hazırda onun digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31