Avtomobil qaçıran şəxs saxlanıb

Bakı şəhərində avtomobil qaçırmış şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Vahid Əliyevə məxsus "VAZ-2103" markalı avtomobili qaçırmış Bakı şəhər sakini Mübariz Nadirov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun axtarışda olması, habelə Türkan qəsəbəsində qəsəbə sakini Nəriman Dadaşova məxsus "ZİL" markalı avtomobildən akkumlyator oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31