Bakıda mənzillərə dağılmış civə zərsizləşdirilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonununda 2, Binəqədi rayonunda isə 1 mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31