Şəmkirdə 5 otaqlı ev yanıb

Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 25 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31