Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
11 Avqust 2015 14:18 KriminalBakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın beşinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan 2 otaqlı mənzilin eyvanında məişət qaz balonundan sızan qaz və 1 kv.m sahədə ev əşyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31