4 baş at və ev quşları tüstüdən tələf olub

Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 1000 kv.m olan fermada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə fermanın içərisinə yığılmış 160 ton ot bağlaması yanıb. Yanğın zamanı fermanın içərisində 4 baş at və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Ferma yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31