Yanğının fermalara keçməsinin qarşısı alınıb
11 Avqust 2015 14:17 KriminalFövqəladə Hallar Nazirliyindən verilən məlyumata görə, Hacıqabul rayonu, Padar qəsəbəsində kolxoza məxsus fermanın ərazisində 90 ton ot bağlaması yanıb. Yaxınlıqdakı fermalar yanğından mühafizə olunublar. Həmçinin Qusar rayonu, Bədişqala kəndində vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 4 ton ot bağlamasının 1 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31