Ağstafa rayonu, Saloğlu qəsəbəsində vətəndaşa məxsus 4 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 180 kv.m olan kürsülü birmərtəbəli 4 otaqdan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31