Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus çay evində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məklumata görə, nəticədə ümumi sahəsi 120 kv.m olan birmərtəbəli çay evinin lambirdən ibarət tavanı və kondisioner yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31