Narkotiklərlə mübarizə sahəsində1953 fakt aşkar edilib
11 Avqust 2015 12:55 KriminalCari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində1953 fakt aşkar edilib ki, onlardan 566-ı satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1297-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama təşkil edib. "OLAYLAR"-ın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, bundan başqa göstərilən müddət ərzində 80-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 10-u isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 657 kq 364,621 qr müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub.